2018-ci ildı Türkiyədə "Asiyanın Qəlbi –İstanbul Prosesi"nin VIII Nazirlər Konfransı keçiriləcək. Bunu Əfqanıstan lideri xarici işlər naziri Səlahuddin Rəbbani deyib.
Dekabrın 1-də Bakıda "Asiyanın Qəlbi –İstanbul Prosesi"nin VII Nazirlər Konfransı öz işinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Həmçinin cümə günü Bakıda "Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar" mövzusunda konfrans keçiriləcək. Tədbirdə "Asiyanın Qəlbi –İstanbul Prosesi"ni dəstəkləyən ölkələr və beynəlxalq təşkilatların nümayəndələri iştrak edəcək.
Mərkəzi Asiya və konkret Əfqanıstanın problemləri üzrə konfransların keçirilməsi Əfqanıstan və Türkiyənin birgə təşəbbüsü olub. İstanbul Prosesinə 2011-ci ilin noyabr ayında start verilib. Bu, regional problemlərin müzakirə platformasıdır. Xüsusilə, təhlükəsizliyn təminatı, Əfqanıstan, onun qonşuları və regional tərəfdaşları arasında antiterror antinarkotik fəaliyyət, “Etimadın möhkəmləndirilməsi tədbirləri”nin həyata keçirilməsi sayəsində yoxsulluq və ekstremizmlə mübarizə daxil olmaqla, siyasi və iqtisadi kooperasiya məsələləri daxildir.
Proses 14 üzv-ölkə, o cümlədən, onun gündəliyini dəstəkləyən 16 dövlət və 12 regional və beynəlxalq təşkilatı əhatə edir.
2017-ci ildə “Asiyanın Qəlbi” - İstanbul Prosesinin 2017-ci il üzrə Əfqanıstanla birlikdə həmsədri qismində Azərbaycan çıxış edir. **
F.İsazadə