Əfqanıstan hərbi kontingentin artırılması planlarına görə Azərbaycana minnətdardır. Bunu Əfqanıstan prezidenti Əşrəf Qəni deyib.
“Azərbaycan əsgərləri təhlükəsizliyimizə töhfə verirlər. Azərbaycan prezidentinin təhlükəsizlik məsələlərində dəstəyi artırmağa hazır olmaları barədə bəyanatını alqışlayırıq ”, - Ə.Qəni cümə günü Bakıda Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan müxtəlif istiqamətlərdə Əfqanıtana texniki dəstək göstərir.
“İnvestisiyaların qarşılıqlı müdafiəsi və digər sahələrdə müqavilələrin imzalanmasını səbirsizliklə gözləyirəm”, - o vurğulayıb. **
F.İsazadə