Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu dünyada Bakı ilə Moskva arasında münasibətləri pozmağa çalışan müəyyən qüvvələrin olduğunu qeyd edib.
“Cəmiyyətlərimizdə bu gün dünyada meydana gələn bir çox problemlərə ayni yanaşma var. Əfsuslar olsun ki, həm dünyada, həm də ölkələrimiz daxilində Rusiya ilə Azərbaycan arasında münasibətləri öpozmağa çalışan, “beşinci kolonna” kimi fəaliyyət göstərən çox sayda qüvvələr var. Onlar analyırlar ki, bu gün Rusiya regionda dominant ölkədir və onun mövqeyi və münasibətindən çox şey aslıdır”, - P.Bülbüloğlu Rusiya İctimai Palatasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınınnümayəndə heyəti iıə görüşdə bildirib.
Diplomat vurğulayıb ki, məhz bu səbəbdən “ölkələrimizin vətəndaş cəmiyyətlərinin biri-biri ilə qarşılıqlı əlaqədə olması” vacibdir.
“Rusiya İctimai Palatası və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında münasibətlərin səviyyəsi çox sıx və səmimidir. Hətta deyərdim ki, bu əlaqələr ölkələrimiz və xalqlarımız arasında münasibətlərin xarakterini əks etdirir”, - Rusiya İctimai Palatasının katibinin müavini Sergey Orconikidze deyib.
Görüşdə ikitərəfli münasibətlərin geniş spektrinə dair fikir mübadiləsi aparılıb. Tərəflər Palata ilə QHTDDŞ arasında əməkdaşıq və qarşılıqlı əlaqəyə dair Memorandum layihəsinə əlavələr daxil etməyi qərara alıblar.
Tədbirdə bir neçə ikitərəfli işçi qruplarınınn yaradılmasına dair qərar qəbul edilib: gənclər və tələblərin məsələləri üzrə; elm-tədris və mədəni-maarifləndirmə proqramlarının dəstəyi üzrə; insan haqlarının müdafisəi, miqrasiya və ictimai nəzarət məsələləri sahəsində əməkdaşlıq üzrə; həmçinin birgə tədbirlərin və mübadilə proqramlarının təşkili üzrə işçi qrupu.
Azərbaycanin nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət DəstəyiŞurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev, Azərbaycan Hüquqşünasları Konfederasiyası(AHK) sədri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli, Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov, “Azərbaycan Rus GənclərAssosiasiyasının” sədriRoman Boriskin və s. daxildir. **
R.Babayev