2017-ci il dekabrın 1-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $51,4 mln.-a yaxın vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.
Belə ki, Silahlı Qüvvələrə Yardım Fonduna 87 mln. 32 min 400,63 manat, 212.873,88 ABŞ dolları, 9236,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.*
R.Babayev