Milli Məclis cümə günü bir sıra ikitərəfli dövlətlərarası sazişləri təsdiq edib.
Xüsusilə, parlament “Azərbaycan Respublikası hökuməti və Amerika Birləşmiş Ştatları hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında saziş”in müddətini daha yeddi il uzadıb.
O cümlədən, “AzərbaycanRespublikası iləPolşaRespublikasıarasındaStrateji Tərəfdaşlıqvəİqtisadi Əməkdaşlığa dairYol Xəritəsihaqqında Birgə Bəyannamə”və “2005-ci il martın 30-da Varşava şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişdə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında” Protokolu təsdiq edib.
Həmçinin deputatlar “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında” Birgə Bəyannaməni təsdiq ediblər. **
R.Babayev