“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” SC Yuxarı Şirvan kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının və layihə-smeta sənədlərinin hazırlanmasına dair müqavilə imzalayb. Bu barədə “Interfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” SC "Su Yapı Muhendislik ve Mushavirlik AS" şirkəti ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 12 mln. 980 min manat təşkil edir”, - məlumatda deyilir. **
B.Rüstəmbəyov