Azərbaycan və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov və Məhəmməd Cavad Zərif ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Nazirlər regional, həmçinin ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Həmçinin E.Məmmədyarov və M.C.Zərif nəqliyyat layihələri, xüsusilə Şimal-Cənub dəmir yolu dəhlizi, Xəzər dənizinin statusuna dair Xəzəryanı ökələrin XİN rəhbərlərinin Moskvada keçiriləcək görüşünü müzakirə ediblər.
İki ölkənin XİN rəhbərləri arasnda görüş cümə günü Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi” Konfransı çərçivəsində keçirilib. **
F.İsazadə