Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığında energetika, nəqliyyat və digər sahələrdə böyük irəliləyiş əldə olunub. Bunu Azərbaycan prezidenti İlham Əliyev Estoniyanın xarici işlər naziri Sven Mikseri qəbul edrəkən bildirib.
İ.Əliyev hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə fəal danışıqların aparıldığını qeyd etdi və “yaxın zamanlarda bu prosesin başa çatacağına ümidvar” olduğunu dedi.
Dövlət başçısı Şərq Tərəfdaşlığı Sammitinin uğurla keçirildiyini vurğulayaq orada aparılan müzakirələrin, qəbul olunmuş Birgə Bəyannamənin əhəmiyyətini qeyd etdi.
İ.Əliyev məlumat verib ki, Azərbaycan-Avropa İttifaqı dövlətləri ilə yaxın tərəfdaşlıq əlaqələri qurur və artıq 9 üzv dövlətlə strateji tərəfdaşlıq bəyannamələrinin imzalandığını vurğuladı.
Prezident Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin də uğurla inkişaf etdiyini dedi.Estoniya şirkətlərinin Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində iştirakının önəmini vurğulayan dövlət başçısı ölkələrimizin ticarət, turizm, nəqliyyat və digər sahələrdə əməkdaşlığının genişlənməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi.
Sven Mikser ölkəsinin Avropa İttifaqına sədrliyi dövründə Azərbaycana səfər etməsindən məmnunluğunu ifadə etdi. O həmçinin Avropa İttifaqı-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini deyərək bu əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini bildirdi. **
B.Rüstəmbəyov