Milli Məclis bu gün keçirilən plenar iclasında 2018-ci il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsini təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
2018-ci ilə DSMF-nin kəsirsiz büdcəsinin gəlir və xərcləri 3 mlrd. 578 mln. 760 min manat həcmində təsdiq olunub, bu da 2017-ci iin göstəricisindən 5% çoxdur.
Gələn il gəlirlərin strukturunda 1 mlrd. 300 mln. manat (2017-ci illə müqayisədə artım 2,3%) və ya bütün daxilolmaların 36,3%-i dövlət büdcəsindən transfertlər hesabına formalaşacaq.
Bundan əlavə, icbari sosial sığorta üzrə DSMF-yə ayırmalar 2 mlrd. 273,26 mln. manat və ya bütün gəlirlərin 63,51% səviyyəsində proqnozlaşdırılır. Həmçinin, büdcə təşkilatlarının əməkdaşlarının icbari sığortası üzrə daxilolmalar 838,7 mln. manat, özəl sektorda - 1 mlrd. 408,26 mln. manat səviyyəsində proqnozlaşdırılır.
Qalan daxilolmalar digər gəlirlər üzrə proqnozlaşdırılır.
Gələn ilə xərclər strukturunda əhaliyə ödənişlərə 3 mlrd. 495,1 mln. manat yönəltməyi planlaşdırır. Həmçinin pensiyaların ödənişinə 3 mlrd. 407 mln. manat, müavinətlərin ödənilməsinə 88,1 mln. manat yönəldiləcək.
Pensiya və müavinətlərin verilməsi ilə bağlı bank xidmətinə xərclər 20,5 mln. manat, Fondun aparatının saxlanmasına 41,5 mln. manat pr oqnozlaşdırır, qalanı digər xərclərin payına düşüb.
2017-ci ilə DSMF-nin kəsirsiz büdcəsinin gəlir və xərcləri 3 mlrd. 400 mln. manat səviyyəsində təsdiq olunub. **
A.Əzizov