Azərbaycan hökuməti 2018-ci il üçün büdcədə xarici dövlət borclanması limitinin 2 mlrd. 150 mln. manatadək artırılmasına dair qərar qəbul edib. Bunu maliyyə nazir Samir Şərifov deyib.
2018-ci il üçün dövlət büdcəsi layihəsində ilkin olaraq 1 mlrd. manat səviyyəsində nəzərdə tutulurdu.
“Limitin artırılması 2017-ci ildə əldə olunması planlaşdırılan bəzi kreditlərə dair danışıqların hazırda davam etməsi ilə əlaqədardır. Həmin kreditlər üzrə sazişlərin artıq 2018-ci ildə imzalanması gözlənilir. Söhbət 1 mlrd. 150 mln. manat məbləğindən gedir. Buna görə 2018-ci ildə xarici dövlət borclanması limitinin bu məbləğdə artırılmasına dair qərar qəbul edilib”, - S.Şərifov cümə günü gələn il üçün dövlət büdcəsi layihəsinin təsdiqi zamanı bildirib.
Onun sözlərinə görə, bu məqam nəzərə alınaraq, 2017-ci il üçün xarici dövlət borclanması limiti 4,5 mlrd. manatdan 3 mlrd. 350 mln. manatadək azaldılır.
2018-ci il üçün daxili dövlət borclanması limiti dəyişilməz qalır - 0,7 mlrd. manat (2017-ci il üçün 1 mlrd. manat).
Xəbər verildiyi kimi, Milli Məclisbu gün keçirilən iclasda 2018-ci il dövlət büdcəsini qəbuletdi. **
A.Əzizov