19-20 dekabr tarixlərində Bakıda Azərbaycan,İran və Türkiyə XİN rəhbərləri arasında üçtərəfli görüş keçiriləcək. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Azərbaycan və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov və Məhəmməd Cavad Zərif arasında cümə günü keçirilən görüşdə bu məsələ müzakirə olunub.
“Nazirlər ikitərəfli münasibətlərin ruhuna uyğun olaraq, müxtəlif formatlarda da əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini qeyd ediblər. Bu xüsusda, 19-20 dekabr tarixlərində Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan-İran-Türkiyə üçtərəfli görüşünün regional əməkdaşlıq baxımdan vacib rolunu nəzərə çatdırıblar”, - məlumatda deyilir.
E.Məmmədyarov və M.C.Zərif hesab edirlər ki, üçtərəfli formatda bu görüş regional əməkdaşlıq üçün önəm kəsb edir. **
A.Əzizov