Azərbaycan Silahlı Qüvvələrinin bütün tank bölmələrində döyüş atışlı məşqlər keçirilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Döyüş atışlı məşqlər müdafiə nazirinin təsdiq etdiyi 2017-ci il döyüş hazırlığı planına əsasən keçirilir.
“Taktiki məşqlərin və təlimlərin əsas məqsədi tank bölmələrinin çətin keçilən ərazilərdə idarə edilməsi, real döyüş şəraitində uğurlu tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir. Tank heyətləri maneələri bacarıqla dəf edərək dəqiq atəşlə bütün hədəfləri məhv ediblər”, – deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov