Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili, ömürlük həbs cəzasına məhkum olunan Hacı Məmmədov özünü asaraq intihar edib. Bu barədə APA agentliyinə Xəzər rayon Prokurorluğundan məlumat verilib.
Hadisə H.Məmmədovun müalicə keçdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində baş verib.
Hazırda hadisə yerində Xəzər rayon Prokurorluğunun əməkdaşları işləyir. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.
DİN-in sabiq baş əməliyyat müvəkkili polkovnik-leytenant Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində həbs ediliblər.
H.Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin o 11 nəfərin ölümündə günahkar cinayətkar qruplaşmanın təşkilində ittiham olunub.
2007-ci ildə məhkəmənin qərarına əsasən DİN-in yüksəkrütbəli şəxslər ağır cinayətlərin törədilməsi, o cümlədən, qətl və vətəndaşların oğurluğunda günahkar biliniblər. H.Məmmədov barəsində barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb. **
A.Əzizov