"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) əməkdaşların mükafatlandırma sisteminin qurulması üçün məsləhətçi seçimi üzrə tender elan edib.
Məsləhətçinin vəzifələrinə bankın təşkilati strukturunda vəzifə səviyyələrinin müəyyən edilməsi, yeni əməkhaqqı və əməkdaşlarının fəaliyyətinin nəticələrinə əsaslanan mükafatlandırma sisteminin qurulması üzrə xidmətlərin göstərilməsi daxildir.
Tenderdə iştirak haqqı 300 manatdır.
Tender təklifləri 2017-ci il dekabrın 21-dək qəbul olunacaq. Tender proseduru dekabrın 22-də baş tutacaq.*
A.Əzizov