Əmlak Məsələləri Dövlət Komitəsi9 yanvar 2018-ci ildə keçiriləcək hərracda 134 dövlət əmlakı satışa qoymağı planlaşdırır. Bu barədə Komitədən məlumat verilib.
“Yanvarın 9-da 18 səhmdar cəmiyyət, 60 kiçik müəssisə, 56 qeyri-yaşayış sahəsi hərraca çıxarılacaq”, - məlumatda deyilir.
Ən yüksək qiymət Sumqayıtda “Bolluq” bazarı üçübn müəyyən edilib (444,5 min manat). Bu obyektin ümumi sahəsi 1445 kv. metr, özəlləşdirilmə üçün torpaq sahəsi 13,063 min kv. metr təşkil edir.
Bundan əlavə, həmçinin ƏMDK Suraxanı rayonunda 42 saylı mağaza (başlanğıc qiymət - 400 min manat), Qaradağ rayonunda 22 saylı avtodayanacaq (216 min manat), Oğuzda tütün saxlanması anbarı (210 min manat) satmağı planlaşdırır. **
A.Əzizov