Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Bu, T. Klaarın Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndə qismində Azərbaycana ilk səfəridir.
İ.Əliyev T.Klaara Azərbaycana tez-tez səfərlər edəcəyinə ümidvar olduğunu bildirdi və ona fəaliyyətində uğurlar arzuladı.
“Azərbaycan prezidenti və Aİ-nin xüsusi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və münaqişənin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıblar”, - məlumatda qeyd olunur. **
A.Əzizov