Sahibkarlığa Kömək Milli Fondu indiyədək Bakı və regionlarda istixana komplekslərinin yaradılması 200 mln. manat ümumi məbləğdə güzəştli kredit ayırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fonddan məlumat verilib.
“Son illə ərzində SKMF xətti ilə Bakı və regionlarda 58 istixana kompleksinin yaradılmasına 200 mln. manat kreditlər ayrılıb”, - Fonddan qeyd ediblər.
Bu layihələrin ümumi dəyəri 400 mln. manat, ümumi sahə - 312 hektar təşkil edir. **
A.Əzizov