Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları bazar ertəsi yanğın baş verdiyi Bakı şəhəri, Yasamal rayonunda (Şərifzadə küçəsi, 196) 17 mərtəbəli yaşayış binasından 34 nəfəri təxliyə ediblər. Bu barədə nazirlyin mətbuiat xidmətindən məlumat verilib.
“Nəticədə binanın birinci mərtəbəsindən 13-cü mərtəbəsinədək şaxtadan keçən elektrik kabelləri 50 p.m yanıb”, - məlumatda deyilir.
Yanğınsöndürənlər tüstülənmiş mənzillərdən 34 nəfər təxliyə ediblər. “Təxliyə edilən şəxslərdən ikisi tüstüdən zəhərlənmiş halda xəstəxanaya aparılıb”, - nazirlik qeyd edir.
Bildirilir ki, yanğın yanğın bölmələri tərəfindən söndürülüb. **
R.Babayev