“BAKU AGROPARK” MMC-nin müasir istixana kompleksinin ümumi layihə dəyəri 68 mln. manata yaxındır. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
Prezident İlham Əliyev dekabrın 4-də Xəzər rayonunun Zirə qəsəbəsində “BAKU AGROPARK”ın birinci mərhələsi çərçivəsində görülən işlərlə tanış olub.
“BAKU AGROPARK”ın birinci mərhələsində 10 hektar sahədə illik istehsal gücü 3,3 min ton pomidor məhsulu olan istixana kompleksi yaradılıb. Birinci mərhələdə layihə üzrə infrastrukturun yaradılmasına 21,7 mln. manat investisiya qoyulub. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə bu mərhələ üzrə 10 mln. manat güzəştli kredit ayrılıb.
İstehsal olunan məhsullar “Tomat.az” brendi ilə ixrac edilir.
İkinci mərhələdə daha 10 hektar sahədə şüşə tipli müasir istixana və 1 hektar sahədə şitilxananın tikilməsinə 24,7 mln. manat, üçüncü mərhələdə isə 10 hektar sahədə şüşə tipli müasir istixananın yaradılmasına 21 mln. manat investisiya qoyulacaq.
Hazırda kompleksdə 140 nəfər işlə təmin olunub. Müəssisə tam fəaliyyətə başladıqdan sonra yeni iş yerlərinin sayı da artacaq.*
B.Rüstəmbəyov