Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2017-ci ilin noyabr ayında valyuta hərraclarında $208,9 mln. ümumi məbləğdə valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
«Noyabr ayı ərzində ARDNF $208,9 mln. məbləğində valyuta satıb», - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, ARDNF 2017-ci ilin oktyabr ayında valyuta hərraclarında $318,7 mln. məbləğində valyuta satıb. Beləliklə, noyabr ayında valyuta satışının həcmi oktyabr ayı ilə müqayisədə 34,5% azalıb.
Yanvar-noyabr aylarında ARDNF ümumilikdə $3 mlrd. 23,62 mln. ümumi məbləğində xarici valyuta satıb (ötən ilin analoji dövrü ilə müqayisədə azalma 34,1% - İF-Az).
2016-cı ildə ARDNF ümumilikdə $4,9 mlrd. ümumi məbləğində xarici valyuta satıb, bu da 2015-ci ilin göstəricisindən 37,5% azdır. **
N.Abbasova