Azərbaycan 6-8 dekabr tarixlərində Ciddəyə (Səudiyyə Ərəbistanı) ixrac missiyası göndərəcək. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“İxrac missiyasına müsabiqə əsasında seçilmiş və meyvə şirələri, quru meyvə, konservləşdirilmiş məhsullar, bal, çay, ət və süd məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən 13 şirkət daxildir”, - deyə məlumatda bildirilir.
İxrac missiyası çərçivəsində Azərbaycan sahibkarları Səudiyyə Ərəbistanının iri market şəbəkələrində olacaq, ərəb şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcəklər.
Bu, Azərbaycanın təşkil etdiyi sayca 14-cü ixrac missiyasıdır.*
N.Abbasova