1 oktyabr 2017-ci il tarixinə Bakıda orta aylıq nominal əmək haqqı 783,8 manat (cari məzənnə ilə $461 - İF-Az) təşkil edir ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisindən 8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
1 oktyabr 2017-ci il tarixinə Azərbaycanda orta aylıq nominal əmək haqqı 525,6 manat (cari məzənnə ilə $309,1 - İF-Az) təşkil edir ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisindən 7,2% çoxdur. Beləliklə, paytaxtda orta aylıq əmək haqqı ölkə üzrə orta aylıq əmək haqqından 33% çoxdur
Sənaye, tikinti və bank sahələrində orta aylıq əmək haqqı yüksək, təhsil, səhiyyə və kommunal sahələrdə orta aylıq əmək haqqı aşağı olub.*
B.Rüstəmbəyov