“Nikoil” İnvestisiya Kommersiya Bankı nizamnamə kapitalını 19,2% - 220 mln. manatadək artırıb. Bu barədə bankdan məlumat verilir.
“21 aprel 2017-ci ildə səhmdarların növbədənkənar iclasında bankın nizamnamə kapitalının artırılması prosesinin başa çatdırılmasına dair yekdilliklə qərar qəbul olunub. Bu qərar çərçivəsində bankın nizamnamə kapitalı 35,5 mln. manat - 220 mln. manatdək artırılıb”, - bankın məlumatında qeyd olunur.
“Nikoil” Bank 1994-cü ildən etibarən Azərbaycanda fəaliyyət gödtərir. Bankın əsas səhmdarı Topaz INVESTMENT-dir. **
A.Əzizov