Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Balakən rayonunda maliyyələşdiriləcək prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
SKMF startap layihələrin, tütünçülük və bağçılıq təsərrüfatları, tütün qurudulma üçün kameraların tikintisi, süd, fınıdq emalı, quru meyvə və çörək istehsalı üzrə müəssisələrin, barama qənulu və emalı məntəqələrinin yaradılması, otelin tikintisi üzrə investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Balakən rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir. **
B.Rüstəmbəyov