Asiya İnkişaf Bankı (AİB) dəmir yolları sısteminin inkişafına $400 mln. məbləğində kreditin ayrılmasını təsdiq edib. Bu barədə bankın saytında məlumat verilir.
“Dekabrın 1-də Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurası "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) 400 mln. ABŞ dolları məbləğində kreditin verilməsini təsdiq edib”, - məlumatda qeyd olunur.
Kredit vəsaitləri hesabına “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin idarəetmə sisteminin gücləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, cəmiyyətin maliyyə aktivliyinin artırılması, ADY-nin yeni korporativ qurumunun yaradılması, eləcə də Bakıdan Rusiya sərhədinə qədər dəmir yolu infrastrukturunun modernləşdirilməsi nəzərdə tutulur. **
A.Əzizov