Tehran Bakıya Azərbaycan-İran Ticarət Palatasının yardaılmasını təklif edib.
“Bu, İranın ideyasıdır və bu ölkənin Azərbaycandakı səfiri Cavad Cahangirzadə tərəfindən iqtisadiyyat naziri Şahin Mustafayevlə görüş zamanı səsləndirilib”, - “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Səfirin sözlərinə görə, iranlı investorlar Azərbaycanda sənaye sahəsinə investisiya qoymaqda maraqlıdır, bu səbəbdən qeyd olunan Palatanın yaradılması məqsədəuyğundur.
Həmçinin görüş zamanı həmsöhbətlər Pirallahı Sənaye Parkında Azərbaycan-İran birgə əczaçılıq zavodunun tikintisi üzrə işlərin sürətləndirilməsinə dair müzakirələr aparıblar. **
B.Rüstəmbəyov