2017-ci il dekabrın sonunda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının iclası keçiriləcək. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Dekabrın sonunda Astara (İran) Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 12-ci iclası keçiriləcək”, - nazirlikdən qeyd olunub.
Bu və dogər məsələlər iqtisadiyyat naziri Şahin Mustafayevin İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşündə müzakirə olunub. Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə görülən işlərə və dəhlizin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə dair fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri hər iki ölkənin aidiyyəti qurumlarının iştirakı ilə "Xudafərin" və "Qız Qalası" Sazişi üzrə "Birgə Texniki Komissiya"nın ilk iclasının da dekabr ayında İranın Xudafərin şəhərində keçirilməsini təklif edib.
Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 11-ci iclası 2016-cı ilin dekabr ayında Bakı və Naxçıvanda keçirilib. **
B.Rüstəmbəyov