2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 134,566min vergi ödəyicisi qeydiyyatdan keçib. Bunu vergilər naziri Fazil Məmmədov deyib.
Xəbər verildiyi kimi, 2016-cı ilin yanvar-oktyabr aylarında Vergilər Nazirliyində 105,605min vergi ödəyicisi qeydiyyatdan keçib. Beləliklə, 2017-ci ilin 10 ayı ərzində qeydiyyadna keçən vergi ödəyicilərinin sayı 27,4% artıb.
“2017-ci ilin yanvar-oktyabr ayları ərzində134,566min vergi ödəyicisi, o cümlədən,9864hüquqi,124702fiziki şəxs qeydiyyatdan keçib” - F.Məmmədov kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, müvafiq dövr ərzində yüksək dövriyyəyə malik3,189min ƏDV ödəyicisi (2 359hüquqi şəxs,830fiziki şəxs) qeydiyyata alınıb.
F.Məmmədov vurğulayıb ki, hesabat dövründə vergi risklərinin müəyyən edilməsi və yayındırılan vergilərin aşkarlanması məqsədilə “risklərin idarə edilməsi” sistemi kimi innovativ alətlərin uğurlu tətbiqi, iri vergi ödəyicilərində elektron auditin tətbiq dairəsinin genişləndirilməsi müçahidə olunur.
Bununla belə, nazir vergi orqanları əməkdaşlarını mövcud vergi potensialdan maksimum yararlanmaq məqsədilə daha “intensiv və səmərəli” fəaliyyətə çağırıb.
Vergilər Nazirliyi Kollegiyasının qərarı iləbüdcə proqnozlarının dəqiq və vaxtında icra edilməsinin təmin edilməsi məqsədilə xüsusi Qərargah yaradılıb. Qərargaha analitik təhlillər əsasında dəqiqləşdirilməklə vergi potensialının dəqiq və vaxtında müəyyənləşdirilmək, müəyyən edilmiş potensial üzrə vergi daxilolmalarının təmin edilməsi üçün zəruri və məqsədəmüvafiq vergi nəzarəti növlərinin seçmək, nazirliyin struktur vahid və bölmələri arasında koordinasiyanın qurulmasını təmin etmək tapşırılıb.
2017-ci il dövlət büdcəsində Vergilər Nazirliyi üçün köçürmələr üzrə plan 7 mlrd. 645 mln. manat təşkil edir. **
A.Əzizov