Moskva ümid edir ki, “Xəzər beşliyi”nin 2018-ci ildə keçirilməsi planlaşdırılan sammitində Xəzərin hüquqi statusu ilə bağlı məsələ öz həllini tapacaq. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Biz Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın hazırlanması üzrə ekspertlərimiz səviyyəsində aparılan işin necə irəliləməsinə baxmaq istəyirik. Ümid edirik ki, 2018-ci ildə Qazaxıstanda keçiriləcək sammitdə Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın etibarlı hüquqi əsası olacaq", - deyə Rusiya XİN başçısı bu gün Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirləri ilə görüşdə bildirib.
O vurğulayıb ki, Moskva “Xəzər beşliyi”ndə qarşılıqlı fəaliyyətin səviyyəsindən razıdır.
"Biz Xəzər dənizinə çıxan ölkələrimizin regionlarının səylərini alqışlayırıq", - deyə nazir əlavə edib.
"Müdafiə, hüquq-mühafizə idarələri, xilasetmə xidmətlərinin xətti ilə dialoqa böyük önəm verir, təbiəti mühafizə fəaliyyətinin səmərəliliyinin artırılacağına ümid edirik", - deyə S.Lavrov qeyd edib.*