Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan dekabrın 6-da Vyanada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.
Ermənistan XİN-in mətbuat xidmətinin məlumatına görə, Vyanada E.Nalbandyanın Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla da görüşü planlaşdırılıb.
Ermənistan XİN başçısı Vyanada ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 24-cü iclasında iştirak edəcək.*