Sahibkarlığa Kömək Milli Fondu 2017-ci il üzrə maliyyə hesabatının auditorunu müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Seçim kotirovka sorğusu üsulu ilə həyata keçirilib. Auditoru üçüncü dəfədən seçmək mümkün olub.
“Nexia EA” audit şirkəti SKMF-nin 2017-ci il üzrə maliyyə hesabatının auditini həyata keçirəcək. Noyabrın 15-də tərəflər arasında müvafiq müqavilə imzalanıb”, - nazirlikdən qeyd olunub.
Müqavilənin dəyəri 14,16 min manatdır.
Xəbər verildiyi kimi, RSM Azerbaijan audit şirkəti Sahibkarlığa Kömək Milli Fondunun 2016-cı il üzrə maliyyə hesabatının auditini həyata keçirib. **
A.Əzizov