Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan «MIDA» MMC-nin xalis zərəri 477,616 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
MMC-nin saytında dərc olunan audit olunmuş maliyyə hesabatına əsasən, 2016-cı ilin yekunları üzrə «MIDA»nın əməliyyat zərəri 960,688 min manat təşkil edib.
1 yanvar 2017-ci il tarixinə cəmiyyətin aktivləri 10 mln. 646,289 min manata, həmçinin qısamüddətli aktivləri 9 mln. 783,016 min manata, uzunmüddətli aktivləri 863,273 min manata bərabərdir.
2016-cı ilin sonuna cəmiyyətin öhdəlikləri 123,905 min manat təşkil edir.
«MIDA»nın kapitalı 10 mln. 522,384 min manata bərabərdir.
«MIDA» MMC 2016-cı ilin aprel ayında yaradılıb. Cəmiyyətin nizamnamə kapitalı 10 mln. manata bərabərdir. **
A.Əzizov