Bakı Ağır Cinayətlər Məhkəməsinin kollegiyası çərşənbə günü 2015-ci il noyabr ayında Bakının Nardaran qəsəbəsində baş verən hadisə ilə bağlı 12 nəfər barəsində hökm qbəul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məhkəmədən məlumat verilib.
Hökmə əsasən,Zülfüqar Mikayılov 17 iI, Faiq Allahverdiyev 13 il, Əli Hüseynov 12 il 3 ay, Mehman Quliyev 13 il, Mehman Məmmədov 12 il 3 ay, Eldar Bünyatov 12 il 3 ay, Elman Ağayev 13 il, Elxan Həsənov 12 il 3 ay, Ramil Seyfullayev 13 il, Mübariz İbrahimov 13 il, Ruzi İsmayılov 15 il, Cabir Əliyev isə 14 il müddətinə azadlıqdan məhrum olunub. **
R.Babayev