Ötən gün Azərbaycan ərazisində baş vermiş 4 yol-nəqliyyat hadisəsi nəticəsində 9 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ötən gün ərzində 121 cinayət faktı qeydə alınıb, onların 22-si “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 60 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib.*
R.Babayev