Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclasında və təşkilatın 7-ci plenar sessiyasında iştirak edəcək. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
“Bunun üçün nümayəndə heyəti dekabrın 7-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə səfər edəcək”, - deyə məlumatda bildirilir.
O.Əsədov sessiyada çıxış edəcək, eləcə də tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.*
R.Babayev