Abşeron Rayon İcra Hakimiyyəti Xırdalan şəhərində 23 çoxmənzilli binanın əsaslı təmiri işlərinin həyata keçirilməsi məqsədilə “Ximexpress-2000” şirkəti ilə müqavilə imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Müqavilənin dəyəri 3 mln. manat təşkil edir”, - nazirlikdən qeyd ediblər.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev 2017-ci il noyabrın 16-da Xırdalan şəhərində 23 çoxmənzilli binanın əsaslı təmiri işlərinə başlanılması üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Abşeron Rayon İcra Hakimiyyətinə 3 mln. manatın ayrılmasına dair sərəncam imzalayıb. **
B.Rüstəmbəyov