2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında Rusiya yığması komandasının iştirak etməməsi Olimpiadanı çox maraqlı etməyəcək. Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çinqiz Hüseynzadə belə hesab edir.
“Rusiya yığmasız Olimpiya öncələri kimi maraqlı olmayacaq”, - Ç.Hüseynzadə çərşənbə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, “siyasıt idmana müdaxilə edəndə hər zaman bu cür məqamlar meydana gəlir”.
Ç.Hüseynzadə vurğulayıb ki, istənilən halda idmançılar əziyyət çəkməməlidrilər. “Olimpiadada ”təmiz” idmançıların iştirakı artıq qələbədir. Bu, tamamilə ayrıseçkiliyin olmamasına dəlalət edir”, - MOK vitse-prezidenti bildirib. **
R.Babayev