“SOCAR PETROLEUM” QSC (SOCAR-ın törəməsi) Azərbaycanda “SOCAR” brendi ilə yanacaqdoldurma məntəqələrinin sayını 26-dək artırdı. Bu barədə QSC-dən məlumat verilib.
Çərşənbə günü Ucar rayonunda yeni YDM-nin açılış mərasimi olub.
Yanacaqdoldurma məntəqəsi nağdsız ödənişi nəzərdə tutan POS-terminallar, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistemlə təchiz olunub. Burada 8 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.
Həmin YDM-də 25 nəfər çalışır.
Xəbər verildiyi kimi, 2018-ci ilin sonuna kimi “SOCAR PETROLEUM” “SOCAR” brendi ilə yanacaqdoldurma məntəqələrinin sayını 42-ə çatdırmağı planlaşdırır. **
N.Abbasova