Dekabrın 7-də Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçiriləcək. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
İclasda Hökumətlərarası Komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın energetika naziri Kanat Bozumbayevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək.
“Komissiyanın gündəliyinə iki ölkə arasında iqtisadiyyat, yanacaq-energetika, nəqliyyat, kənd təsərrüfatı, əmək, məşğulluq və sosial müdafiə, mədəniyyət və turizm, təhsil və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib”, - deyə məlumatda bildirilir.
Hökumətlərarası Komissiyanın 13-cü iclası 2016-ci il sentyabrın 22-də Astanada keçirilib.*
A.Əzizov