Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsi dənizin dibinin sektoral bölünməsini nəzərdə tutur. Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Xəzər dənizinin dibi tamamilə üzbəüz və yanakı dövlətlər üçün sektoral bölünəcək”, - deyə o, bu gün keçirilən mətbuat konfransında bildirib.
Nazir müavini vurğulayıb ki, danışıqlar zamanı Azərbaycan tərəfinin mövqeyi ölkənin maraqlarına əsaslanıb. "Nəticədə konvensiya layihəsində Xəzərin su səthində 15 mil məsafədə su zonası, 10 mil məsafədə isə balıqçılıq zonası müəyyən olunub”, - deyə o qeyd edib.
X.Xələfovun sözlərinə görə, qalan hissələr ümumi istifadə üçün nəzərdə tutulur.
"Bu sənəd müddətsiz olmaqla hüquqi, iqtisadi və tarixi əhəmiyyət kəsb edir", - deyə o bildirib.*
F.İsazadə