Birinci vitse-prezident Mehriban Əliyeva bu gün Bakıda Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin yeni binasının açılış mərasimində iştirak edib. Bu barədə rəsmi KİV-in məlumatında deyilir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məktəbin yeni binasında görülən işlər barədə M.Əliyevaya məlumat verib.
Bildirilib ki, bu musiqi məktəbi 1967-ci ildən fəaliyyət göstərib. Hazırda bu məktəbdə 600 şagird təhsil alır.
Birinci vitse-prezident, həmçinin Xalq Artisti Hacıağa Abbasovun adını daşıyan Maştağa Mədəniyyət Mərkəzinin yeni binasının açılış mərasimində də iştirak edib.*
R.Babayev