Dünya Avtomobil İdman Şurası (FIA) "Formula-1"in 2018-ci il mövsümü üçün təqvimini təsdiq edib.
Mövsüm 21 mərhələdən ibarət olacaq.
Əvvəlki yarışlardan fərq ondan ibarətdir ki, Fransa Qran-priyə qayıdıb, Azərbaycanmda Qran-pri yaydan yaza, Rusiya Qran-prisi isə yazdan payıza keçirilib, o cümlədən üç həftəsonu ardıcıl üç yay yarışları keçiriləcək.
69-cu Dünya çempionatı Avstraliyada martın 25-də start götürəcək, 25 noyabrda BƏƏ-də başa çatacaq.
25 mart - Avstraliya Qran-prisi - Melburn
8 aprel — Bəhreyn Qran-prisi - Sahir
15 aprel — Çin Qran-prisi - Şanxay
29 aprel — Azərbaycan Qran-prisi- Bakı
13 may — İspaniya Qran-prisi - Barselona
27 may — Monako Qran-prisi - Monte-Karlo
10 iyun — Kanada Qran-prisi - Monreal
24 iyun — Fransa Qran-prisi - Le-Kastelle
1 iyul — Avstriya Qran-prisi - Şpilberq
8 iyul — Böyük Britaniya Qran-prisi - Silverstoun
22 iyul — Almaniya Qran-prisi - Hokkeyhaym
29 iyul — Macarıstan Qran-prisi - Budapeşt
26 avqust — Belçika Qran-prisi - Spa-Frankorşam
2 sentyabr — İtaliya Qran-prisi - Montsa
16 sentyabr — Sinqapur Qran-prisi - Sinqapur
30 sentyabr — Rusiya Qran-prisi - Soçi
7 oktyabr — Yaponiya Qran-prisi - Suzuka
21 oktyabr — ABŞ Qran-prisi - Ostin
28 oktyabr — Meksika Qran-prisi - Mexiko
11 noyabr — Braziliya Qran-prisi - San-Paulu
25 noyabr — BƏƏ Qran-prisi - Abu-Dabi
A.Əzizov