Rəsmi Bakı İsrail-Fələstin münaqişəsinin həllinə cəlb olunan bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevin bəyanatında deyilir.
“Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Azərbaycan Şərqi Yerusəlim Fələstin Dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır", - H.Haciyev bildirib.
O qeyd edib ki, Baki "bu məsələyə cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırır".
Öncə ABŞ prezidenti Donald Tramp Yerusəlimin İsrailin paytaxtı kimi tanıdığını və səfirliyin Tel Əvivdən köçürülməsinə hazırlıq barədə bəyan edib. **
A.Əzizov