Sumqayıtda iki nəfərin ölümü faktına görə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.
“1969-cu il təvəllüdlü Arzuyə Abdullayeva və 1988-ci il təvəllüdlü Nüşabə Rzayevanı avtomobillə vurmaqda şübhəli bilinən “Hyundai County” markalı avtobusun sürücüsü Məhəmməd Beybudov saxlanılıb”, - deyə məlumatda bildirilir.*
R.Babayev