Azərbaycan gömrükçüləri tərkibində genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) aşkar edildiyi külli miqdarda qida əlavəsinin dövriyyəyə buraxılmasının qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“Bakı Baş Gömrük İdarəsinin əməkdaşları "Lesitin Soyevıy" adlı qida əlavəsi yükünə gömrük nəzarəti zamanı 5425 kq olan Braziliya mənşəli qida əlavəsinin tərkibində GMO elementləri aşkar ediblər”, - Komitədən qeyd ediblər.
Həmin yük Rusiya Federasiyasından Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Rusarom" MMC-nin ünvanına daxil olub. **
F.İsazadə