Bakıda keçirilən Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclasının yekunlarına dair protokol imzalanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sənədi Azərbaycan müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev və Türkiyə Baş Qərargahının Plan, Prinsiplər Baş İdarəsinin rəisi korpus generalı Yavuz Türkgenci imzalayıblar.
“Hərbi dialoq çərçivəsində işçi qrupları Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əlaqələrin geniş spektrini nəzərdən keçirib, qarşıda duran tapşırıqların yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müəyyən ediblər”, - deyə məlumatda bildirilir.*
R.Babayev