2018-ci ildə Şəki və İmişli rayonlarında “ASAN həyat” kompleksləri istifadəyə veriləcək.
Prezident İlham Əliyev bu gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” kompleksinin açılışında iştirak edib. Bu kompleks agentliyin sayca 12-ci mərkəzidir.
“2018-ci ildə Şəki və İmişli rayonlarında “ASAN həyat” kompleksləri istifadəyə veriləcək”, - deyə mərasimdə prezident İ.Əliyevə məlumat verilib.
“ASAN xidmət”in sədri İnam Kərimov qeyd edib ki, bu günə kimi “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 18 milyon 600 minə çatıb.
Dövlət başçısının diqqətinə çatdırılıb ki, maliyyə xidmətlərinin “one-stop shop” prinsipi ilə təqdim edilməsi üçün “ASAN finance” elektron portalının yaradılması nəzərdə tutulur.*
R.Babayev