Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliyanın səfiri Auqusto Massari ilə görüşündə
“Görüşdə tərəflər İtaliyanın silah və hərbi texnika istehsal edən müdafiə sənayesi şirkətləri ilə əməkdaşlığın perspektivlərini ətraflı müzakirə ediblər”, - nazirliyin məlumatında deyilir.
Bundan əlavə, həmçinin Z.Həsənov və A.Massari regiondakı hərbi-siyasi vəziyyət, iki ölkənin Silahlı Qüvvələri arasında və NATO proqramları çərçivəsində əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər. **
F.İsazadə