Ermənistan XİN rəhbəri Edvard Nalbandyan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla dünən Qarabağ münaqişəsinin həlli ilə bağlı keçirilən görüşdən məmnundur.
“Dünən keçirilən görüş müsbət şəraitdə baş tutdu. Bundan sonra hansı irəliləyişlərin olacağını görərik”, - E.Nalbandyan Vyanada ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 24-cü illik iclasında çıxışında bildirib.
Bununla yanaşı, o qeyd edib ki, Bakının maksimalist mövqeyi sülh yolu ilə nizamlanma prosesinin irəliləməsi üçün ciddi maneədir.
“Bu, status-kvonun saxalnılmasına şərait yaradır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifləri ststus-kvonun dəyişilməsinə gətirə biləcək yoldur. Buna baxmayaraq, Azərbaycan stasus-kvonun saxlanılması üçün əlindən gələni etməyə, lakin eyni zamanda, onun dəyişilməsinın tərəfdarı olduğu təəssüratı yaratmağa çalışaraq, həmin təklifləri rədd edir”, - E.Nalbandyan vurğulayıb.
O bəyan edib ki, əgər Bakı ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarını nəzərə alsa, öncə razılaşdırılan öhdəlikləri yerinə yetirsə, o zaman “bu sülh prosesinin irəliləməsi və status-kvonun dəyişdirilməsinə yol yaradacaq”.
“Əminik ki, sülh danışıqlarına alternativ yoxdur və vasitəçilərin təkifləri əsasında intensiv danışıqlar aparmaq lazımdır”, - nazir qeyd edib. **