Azərbaycan 2018-ci ilin əvvəlində ikinci telekommunikasiya peyki - “Azerspace-2”ni orbitə çıxarmaöı planlaşdırır. Bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
“2018-ci ilin əvvəlində “Azerspace-2” peykinin orbitə çıxarılması planlaşdırılır. İşlər son hazırlıq mərhələsindədir”, - E.Vəlizadə jurnalistlərə bildirib.
Xəbər verildiyi kimi, “İntelsat” ilə “Azərkosmos” ASC-nin uzunmüddətli razılaşmasına əsasən, 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək “Azerspace-2” Afrika, Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edəcək.
“Azerkosmos” "Space Systems/Loral" şirkəti ilə «Azerispace-2" peykinin hazırlanmasına dair müqavilə imzalayıb. Müqavilənin dəyəri $191,36 mln. təşkil edir. **
A.Əzizov